Tramp Qrenlandiyanı alacaq: “Avropalıların qışqırığına əhəmiyyət verilməyəcək”

ABŞ-ın vitse-prezidenti Vens prezident Trampın Qrenlandiya üzərində nəzarəti ələ keçirmək niyyətini bir daha təkrarlayıb və onun “avropalıların hay-küy salıb qışqırmasına əhəmiyyət vermədiyini” deyib. "European Pravda"nın yazdığına görə, onun bu sözləri bazar günü Fox News telekanalında yayımlanıb. Vens bildirib ki, Qrenlandiya adasına sahib olan Danimarka “öz işini görmür” və “yaxşı müttəfiq deyil”. "Biz özümüzə sual verməliyik ki, bu problemi milli təhlükəsizlik maraqları naminə necə həll edək. Əgər bu, bizim Qrenlandiyada daha böyük ərazi marağımızın olması deməkdirsə, prezident Tramp bunu etməyi planlaşdırır. Çünki o, avropalıların səs-küy salmasına əhəmiyyət vermir - o, ilk növbədə Amerika vətəndaşlarının maraqlarına cavab verən şeylərlə maraqlanır", - deyə ABŞ-ın vitse-prezidenti bildirib.
Xatırladaq ki, martın 13-də NATO-nun baş katibi Mark Rutte ilə görüşdə Tramp demişdi ki, o, Qrenlandiyanın ilhaqının “baş verəcəyini” düşünür, çünki bu, “beynəlxalq təhlükəsizlik üçün” lazımdır. Bundan sonra yüzlərlə Qrenlandiyalı etiraz əlaməti olaraq küçələrə axışdı. Təxminən 800 nəfər Nuuk küçələrində Qrenlandiya bayraqları və “Amerikanı tərk edin” və “Biz satılmırıq” plakatları ilə yürüş ediblər. Həftə sonu isə məlum oldu ki, Amerika nümayəndə heyəti Milli Təhlükəsizlik Müşaviri Uotlz və Vensin həyat yoldaşı da daxil olmaqla Qrenlandiyaya səfər etməyi planlaşdırır. Danimarkanın Qrenlandiya muxtar adasının baş naziri Mute Burup Egede isə bu səfəri təxribat adlandırıb.
Surxay Əliyev