İsrailin xarici işlər naziri: “Biz heç yerdəTürkiyə ilə qarşıdurma istəmirik”

İsrailin xarici işlər naziri Gideon Saar Türkiyə ilə nə Suriyada, nə də başqa yerdə qarşı-qarşıya gəlmək istəmədiklərini bildirib.Bu barədə Saar Qərbi Qüdsdə İsrailə səfər edən Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik üzrə Ali Komissarı Kaya Kallas ilə birgə mətbuat konfransında danışıb. AB-nin İsrailin ilk ticarət ortağı olduğunu deyən Saar "Bölgədə İran, Husilər, Həmas və Hizbullaha qarşı apardıqları müharibənin Qərb sivilizasiyası naminə olduğunu" iddia edib. ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun Qəzzada verdiyi atəşkəs təklifini İsrailin qəbul etdiyini, lakin HƏMAS-ın bunu rədd etdiyini bildirən Saar, "Sabah Qəzzada İsrailli əsirlərin azad edilməsi, Qəzzanın tərksilah edilməsi, Həmas və İslami Cihad silahlı ünsürlərinin buradan getməsi ilə müharibə bitə bilər" deyə bildirib. İsrailin Qəzzaya humanitar yardımların daxil olmasını maneə yaratmasına toxunan Saar, HƏMAS-ın humanitar yardımdan güc qazandığını və buna görə də ölkəsinin beynəlxalq hüquqa uyğun hərəkət etdiyini iddia edib. İsrailin xarici işlər naziri Gideon Saar, İsrailin Qəzzaya yardım paylaması üçün köhnə qayda ilə davam etməyəcəklərini və keçmişdən fərqli bir sistem quracaqlarını bildirsə də, detalları açıqlamayıb. Türkiyənin Suriyadakı təsiri ilə bağlı sualı cavablandıran Saar, “Biz nə Suriyada, nə də başqa bir yerdə Türkiyə ilə qarşılaşmaq istəmirik” deyib. İsrailin Qəzzada hərbi nəzarətini ABŞ ilə müzakirə edib-etmədikləri ilə bağlı sualı cavablandıran Saar bu məsələyə dair hökumət tərəfindən hələlik bir qərar verilmədiyini bildirib.
Surxay Əliyev