İsrail Qəzzada genişmiqyaslı quru əməliyyatına hazılaşır...

İsrail hakimiyyəti Qəzza zolağında genişmiqyaslı quru əməliyyatı planlaşdırır. Bu barədə öz mənbələrinə istinadən The Wall Street Journal (WSJ) məlumat yayıb. Nəşrin məlumatına görə, yəhudi dövlətinin rəhbərliyi hesab edir ki, Fələstin anklavının əhəmiyyətli hissəsinin ələ keçirilməsi və əldə saxlanması onlara radikal HƏMAS hərəkatı üzərində yekun qələbəyə nail olmağa imkan verəcək. Nəşrin qeyd etdiyi kimi, İsrailin baş naziri Binyamin Netanyahu və onun yaxın ətrafı hesab edir ki, Amerikanın yeni administrasiyasının İsrailin hücum hərəkətlərinin dəstəkləməsi və Livanda şiə Hizbullah təşkilatının zəifləməsi fonunda İsrail ordusu bu cür hərbi əməliyyatlar keçirmək üçün kifayət qədər imkanlara malikdir. Eyni zamanda, HƏMAS üzərində yekun qələbə üçün İsrail yeraltı tunellər sistemini və hərəkatın digər infrastruktur obyektlərini tamamilə məhv etməli olacaq ki, bu da bir neçə ay, hətta illərlə vaxt ala bilər. Netanyahunun yeni strategiyasının əleyhdarları isə hesab edirlər ki, münaqişənin siyasi həlli olmadan radikal təşkilatı məhv etmək sadəcə olaraq mümkün deyil.
Surxay Əliyev