İsrail Qəzzada hərbi əməliyyatların bərpasına ABŞ-dan tam dəstək aldı...

Bazar günü ABŞ dövlət katibi Marko Rubio ilə İsrailin baş naziri Benyamin Netanyahu arasındakı telefon danışığında tərəflər yəhudi dövlətinin Qəzza zolağında yenilədiyi hərbi əməliyyatlar barədə danışıblar. Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryusun yazılı bəyanatında deyilir. Onun sözlərinə görə, xarici siyasət idarəsinin rəhbəri baş nazirlə söhbətində bir daha “ABŞ-ın İsraili dəstəklədiyini vurğulayıb”. Rubio Nitanyahu ilə "İsrailin Qəzzada davam edən hərbi əməliyyatlarını, eləcə də girovların azad edilməsi və vətənlərinə qaytarılması istiqamətində səylərini müzakirə edib". Rubio həmçinin bildirib ki, Vaşinqton administrasiyası İranın dəstəklədiyi husilərə qarşı hərbi əməliyyatlar vasitəsilə Qırmızı dənizdə sərbəst naviqasiyanı bərpa etməkdə qərarlıdır. Yəhudi dövlətinin hökumət başçısının ofisinin daha əvvəl də bildirdiyi kimi, Rubio və Netanyahu Yaxın Şərqdəki vəziyyəti, o cümlədən Qəzza zolağında saxlanılan israilli girovlarla bağlı vəziyyəti müzakirə ediblər.
Surxay Əliyev