Ermənistan millisi Gürcüstanda biabırçı vəziyyətə düşdü - 1:6...

Futbol üzrə Ermənistan milli komandası UEFA Millətlər Liqasının pley-off mərhələsində Gürcüstan komandasına 1:6 hesabı ilə uduzub. Bu barədə Ermənistanın Aysor.am nəşri xəbər verir.Belə ki,Tiflisdə keçirilən cavab matçında Ermənistan komandasının yeganə qolunu 48-ci dəqiqədə Edqar Sevikyan vurub. Ermənistan komandasının qapısına vurulan qollara gürcü futbolçular Georges Mikautadze (iki qol), Giorgi Çakvetadze, Otar Kiteişvili və Xviçi Kvaratsxeliya imza atıblar. Erməni futbolçu Varazdat Haroyan isə avtoqol vurub.
Bundan əvvəl isə Ermənistan komandası öz meydanında Gürcüstana 0:3 hesabı ilə uduzmuşdu.
Surxay Əliyev