Gələcək Almaniya kansleri müdafiəyə görünməyən məbləğdə maliyyə ayırcaq

ABŞ prezidenti Donald Tramp administrasiyası Ukraynada müharibəyə son qoymaq üçün Kiyevdən daha çox Moskva üçün faydalı ola biləcək razılaşma səylərini davam etdirdiyi bir vaxtda, avropalılar son onilliklərdə ilk dəfə olaraq öz hərbi güclərinə xüsusi diqqət yetirirlər. Bu barədə CNN xəbər verir.
Nəşr qeyd edir ki, bu dəyişiklik heç bir yerdə Almaniyadakı qədər nəzərə çarpmır. Almaniyanın Bundesver kimi tanınan silahlı qüvvələri illərdir ki,sərmayə çatışmazlığından əziyyət çəkirdi, lakin bu gün, vəziyyət dəyişmək üzrədir. Almaniyanın gələcək kansleri Fridrix Merz qərara aldı ki, indi Almaniyanın öz ordusuna Soyuq Müharibədən bəri görünməmiş şəkildə sərmayə qoyuımasının vaxtıdır. Almaniyanın konstitusiya borc idarəetmə mexanizmində böyük islahatların həyata keçirməsi milyardlarla avro maliyyə vəsaitinin azad edilməsinə səbəb oldu.
CNN ilə paylaşılan modellərdən biri 10 il ərzində Almaniyanın xərclərinin ÜDM-in 3,5%- lə 600 milyard avroya çata biləcəyini özündə ehtiva edir. CNN bütün gününü Almaniyanın mərkəzi hissəsində, NATO-nun beş müttəfiqinin hərbi təlimlərdə iştirak etdiyi Bundesver qoşunları ilə birlikdə keçirib. Simulyasiya “xarici düşmənin” Şimali Atlantika Alyansının başqa bir üzvünə hücumu idi. 2022-ci ilin fevralında Ukraynada müharibənin başlaması qitəni silkələdi. Müharibə yenidən başladı və Dəmir Pərdənin süqutundan bəri mövcud olan boşluq sona çatdı. Berlində bu, alman dilində "Zeitenwende" və ya "dönüş nöqtəsi" kimi tanınan bir dövrün başlanğıcı kimi qəbul edilir. Bu, mahiyyət etibarı ilə hərbi xərclərin növbəti dəfə artırılması səylərinin başlanğıcı oldu. Artıq kansler postunu tərk edən Olaf Şolz bildirib ki, ölkənin yeni müdafiə və təhlükəsizlik siyasətinə ehtiyacı var və ona görə də Bundesverə xüsusi diqqət lazımdır. O, Bundesverdə "hərtərəfli investisiyalar" üçün 100 milyard avroluq birdəfəlik fond yaratdı. Bunun üçün Şolz Əsas Qanuna - mahiyyətcə ölkə konstitusiyasına dəyişiklik etməli idi. Fond təsdiq olunsa da, siyasətin həyata keçirilməsi ləng getdi və hökumət daxilində çəkişmələr sonda Şolzun postunu itirməsinə səbəb oldu. Merz indi Zeitenwendə təsirini gücləndirməyə çalışır. Soyuq Müharibənin ortalarından bəri Almaniyanın hərbi xərcləri ÜDM-ə nisbətdə kəskin şəkildə azalıb. Bu 1963-cü ildə 4,9% zirvəyə çatdıqdan sonra, 2005-ci ildə cəmi 1,1% ilə rekord səviyyəsinədək aşağı düşdü. Daha sonra, Almaniya 30 ildən artıq müddətdə ilk dəfə olaraq 2024-cü ildə NATO-nun müdafiə xərclərinin 2%-lik həddinə çata bilib
Surxay Əliyev