İsrail İordan çayının qərb sahilində 13 yəhudi yaşayış məntəqəsi salır

Maliyyə Naziri Bezalel Smotrich bazar günü bildirib ki, İsrailin Təhlükəsizlik Kabineti İsrailin işğal etdiyi İordan çayının qərb sahilində 13 yəhudi yaşayış məntəqəsini qonşu icmalardan ayırmaq planını təsdiqləyib. İordan çayının qərb sahilində on minlərlə yaşayış binasının tikintisini təsdiqlədikdən sonra o, sosial media X-də "Qəsəbələr nəhayət müstəqil olaraq tanınacaq" deyə bildirib:-sitat- “Biz yaşayış məntəqələrində normallaşma və tənzimləmə inqilabına rəhbərlik etməkdə davam edirik. Biz gizlənmək, üzr istəmək əvəzinə bayraq qaldırırıq, qəsəbələr salırıq, inkişaf etdiririk. Bu, Yəhudiya və Samariyada de-fakto suverenliyə doğru daha bir mühüm addımdır”, - sitatın sonu. İsrailin İordan çayının qərb sahilinə nəzarətin ötürülməsinə qarşı müqaviməti xüsusilə 2023-cü ilin sonunda Qəzzaya qarşı hərbi əməliyyatların başlamasından sonra daha da güclənib. İsrail ordusu İordan çayının qərb sahilində terrorla mübarizə adı altında əməliyyatlar aparıb və “şübhəli silahlıları” hədəf aldığını bildirib.
Surxay Əliyev