Tramp: “Putini dünyada məndən başqa kimsə dayandıra bilməz”

ABŞ prezidenti Donald Tramp prezident təyyarəsinin göyərtəsində Outkick portalına müsahibəsində Rusiya prezidenti Vladimir Putin haqqında danışıb. Rusiyalı həmkarını “çox yaxşı” tanıdığını deyən Tramp əlavə edib ki, “Təəccüblüdür ki, “Rusiya, Rusiya, Rusiya” hiyləsi ilə bağlı bizim ciddi toqquşmalarımız olmayıb”.Onun sözlərinə görə, Rusiyanın Gürcüstan və Krımda hərbi əməliyyatları prezident Corc Buş və prezident Barak Obamanın dövründə baş verdi,Ukraynada müharibə isə Co Bayden ABŞ-da hakimiyyətdə olanda başladı. “Dünyada məndən başqa heç kimin Putini dayandıra biləcəyini düşünmürəm və mən də onu dayandıra biləcəyimi düşünürəm. Biz çox rasional müzakirələr apardıq və mən sadəcə insanların ölməməsini istəyirəm. Müharibədə onlar həftədə 2500 azyaşlı uşaq itirirlər,hansı ki, onlar ruslar və ukraynalıdırlar”, - deyə Tramp yekunlaşdırıb.
Surxay Əliyev