Rusiya Zaporojye AES-ə nəzarəti Ukraynaya verməyəcək

Bu açıqlamanı TASS-a müsahibəsində stansiyanın Rusiya tərəfindən təyin edilmiş “direktoru” Yuri Çerniçuk verib. "Rusiyadan başqa heç kim Zaporojye atom elektrik stansiyasına nəzarət etməyəcək - onun mülkiyyəti Rusiya Federasiyasına məxsusdur", - deyə Çernçuk bildirib. Xatırladaq ki, ABŞ prezidenti Donald Trampla Ukrayna prezidenti Vladimir Zelenskiylə danışıqlar zamanı nüvə enerjisi obyektinin idarə olunması da müzakirə olunub. Lakin Rusiya Federasiyası bunu qəbul etmir. Belə ki, Rosatom Zaporojye AES-in Ukrayna ilə birgə idarə olunmasında “heç bir məna görmür” və stansiyanı Rusiyanın enerji sisteminə qoşmaq niyyətində olduqlarını qeyd edib. Bundan əvvəl isə məlum olub ki,Ukraynanın atom elektrik stansiyalarında ABŞ-ın da gözü var.Belə ki, ABŞ sülhə nail olmaq üçün Ukraynanın atom elektrik stansiyalarını nəzarətə götürməyə hazır olduğunu bildirib:-"Əgər bu, bu məqsədə çatmağa kömək edərsə, qoy ABŞ Ukraynada atom elektrik stansiyalarını işlətsin. Problem yoxdur, biz bunu edə bilərik", - deyə ABŞ-ın energetika naziri Kris Rayt bildirib.
Xatırladaq ki, Vladimir Zelenski bildirib ki,Ukrayna Zaporojye Atom Elektrik Stansiyasına rusların nəzarət etməsinə icazə verməyəcək. Və əlavə edib ki, ruslar stansiyaya nəzarəti ələ keçirmək üçün MAQATE-yə təsir göstərməyə çalışır, lakin qurumun buna boyun əyməyəcəyinə ümid etdiyini bildirib.
Surxay Əliyev