İsrail Qəzza xalqı barədə növbəti dəhşətli qərarı verdi

İsrailin Nazirlər Kabineti Qəzzadan fələstinlilərin “könüllü mühacirət” şöbəsinin yaradılmasını təsdiqləyib.Bu barədə İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman öz Telegram kanalında bildirib.sitat - "Bu gün (23.03.2025) Nazirlər Kabineti Qəzzadan fələstinlilərin “könüllü mühacirəti” ilə məşğul olacaq İdarənin yaradılmasını təsdiqləyib", - sitatın sonu.
Məlum olduğu kimi,hələ fevral ayında ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrailin baş naziri ilə birgə mətbuat konfransında Qəzza zolağının “Yaxın Şərq Rivierası”na çevrilə biləcəyini demişdi. Netanyahu ilə danışıqlardan əvvəl Tramp Qəzzalıları Yaxın Şərqdə bir və ya bir neçə dövlətin təmin etdiyi yeni məkana köçürülməsindən bəhs edib. Və fələstinliləri məskunlaşdıracaq ölkələr arasında Misir və İordaniyanın adını çəkib. Lakin Yaxın Şərq ölkələri bu açıqlamaya sərt reaksiya verib.
Qeyd edək ki, “könüllü mühacirət” ideyası İsrailin ifrat sağçı siyasətçiləri tərəfindən dəfələrlə dilə gətirilib və bu ideya Baş nazir Benyamin Netanyahu tərəfindən də bəyənillib
Surxay Əliyev