Nəhayət ki, ABŞ Türkiyəyə F-35 qırıcılarını satmağa razılıq verdi

ABŞ prezidenti Donald Tramp prezident Rəcəb Tayyib Ərdoğanla danışdıqdan sonra Türkiyəyə qarşı sanksiyaları ləğv etməyi və döyüş təyyarələrinin satışını bərpa etməyi düşünür.
Fox News-un öz mənbələrə istinadən verdiyi məlumata görə, Tramp Türkiyəyə F-16 qırıcılarının satışını başa çatdırmağa kömək etmək niyyətini bildirib.Hər iki tərəf Rusiyanın S-400 sistemini yararsız hala salınacağı barədə razılığa gələ bilsə, Türkiyəyə F-35 qırıcılarının satılması reallaşdırılacaq .Cümə axşamı Bloomberg xəbər verir ki, Birləşmiş Ştatlar Türkiyənin Rusiyadan təbii qaz almasına icazə verən istisnanın may ayına qədər uzadılmasına razılıq verib. Bu barədə Trampla Ərdoğan bazar günü telefonla danışıblar və Türkiyə hökuməti Ərdoğanın yaxın gələcəkdə Trampla görüşmək üçün ABŞ-a gəlməsini planlaşdırır. Türkiyə səfirliyi Ərdoğanın ofisindən edilən telefon danışığının səs yazısına işarə edərək, Türkiyə prezidentinin Trampa “İki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün CAATSA sanksiyalarını ləğv etmək, F-16-ların satınalma prosesini və Türkiyənin F-35 proqramında iştirakını tamamlamaq lazımdır” dediyini bildirib.
Surxay Əliyev