Əkrəm İmamoğlunun ikinci ifadəsi alındı

Habertürk-dən Ceylan Severin verdiyi məlumata görə, İstanbul Baş Prokurorluğunun İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı başlatdığı “korrupsiya” və “terror” istintaqı çərçivəsində 105 nəfərlə birlikdə saxlanılan Əkrəm İmamoğlu korrupsiya istintaqıyla bağlı ikinci dəfə terror istintaqı çərçivəsində dindirilir. İstanbul Baş Prokurorluğu tərəfindən İBB Bələdiyyə Başçısı Əkrəm İmamoğlu və 99 şübhəli barəsində “cinayətkar təşkilatın lideri olmaq”, “cinayət təşkilatına üzv olmaq”, “qəsb”, “rüşvət almaq”, “ağır fırıldaqçılıq”, “qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi” və “tenderdə saxtakarlıq etmək” cinayətləri ilə bağlı istintaq başladıldı Şli Bələdiyyə Başçısı Rəsul Emrah Şahan haqqında "terror təşkilatı PKK/KCK-ya yardım" cinayətiylə bağlı istintaq davam edir. O, 'Terrorizm' ittihamıyla bağlı ifadə verir.Əməliyyatda saxlanılaraq İstanbul Polis İdarəsinin Vətən şəhərciyinə gətirilən İBB Bələdiyyə Başçısı İmamoğlunun korrupsiya istintaqının ardından terror istintaqı çərçivəsində də ifadəsi alınır. İstanbul Polis İdarəsi Terrorla Mübarizə (TEM) Şöbəsinin qrupları korrupsiya istintaqıyla bağlı İmamoğlunun saxlanıldığı Maliyyə Cinayətləri ilə Mübarizə Şöbə Müdirliyinə gedərək ifadəsinin alınmasına başlayıb.
Surxay Əliyev