Ermənilər yenə güclü dövlət olmaqdan dəm vurur

Ermənistan güclü dövlət olmağa məhkumdur.Bu fikiri politoloq Ara Poqosyan Ermənistanın “Verelq” nəşrindəki yazısında qeyd edib
Erməni politoloqa görə,güclü dövlət deyəndə, ilk növbədə, mübarizə aparmağa qadir olan dövlət nəzərdə tutulur, çünki güc mübarizədə doğulur və bunun əksinə hələ rast gəlinməyib. Kiçik dövlətlər nefti və qazı olmasa da, müasir dünyanın aktoruna çevrilə bilirlər ki, bu da çox vaxt Ermənistanın geridə qalmasının səbəbi hesab olunur. Ara Poqosyan hesab edir ki,digər maneə müasir dünyada inkişaf etmiş hava şəbəkəsi və strateji quru yolları ilə əvəz edilə bilən dənizin olmamasıdır. Lakin nə yazıq ki,Ermənistan bu 30 il ərzində Ermənistan-İran dəmir yolunun tikintisinə belə cəhd etmədi. Hansı ki,bu Gürcüstan dəmir yolu vasitəsiylə Ermənistanın xarici dünya ilə əlaqəsini nisbətən əlçatan edə bilərdi. Bilirəm çoxları pulun olmamasına istinad edəcək, amma mən əminəm ki, Ermənistan-İran dəmir yolunu xarici investorlar olmadan da Ermənistan təkbaşına çəkə bilərdi, amma təəssüf ki, qarşıya belə məqsəd qoyulmadı. Fikirlərini davam etdirən erməni politoioq qeyd edir ki,ancaq davamlı döyüşə hazır olan, real ambisiya nümayiş etdirən cəmiyyət güçlü dövlət qura bilər və bu, Ermənistanın mövcudluğunun yeganə təminatıdır. Ara Poqosyan son olaraq yazısında vurğulayır ki, müasir dünyada müasir texnologiyalar kiçik ərazisi və kiçik əhalisi olan dövlətlərə belə güc qazanmağa imkan verir, yeganə şərt ölkədə strateji elitanın olmasıdır.Əks təqdirdə Ermənistan kiçik bir gücə çevrilməklə, varlığı həmişə, təhlükə altında olacaq və ən yaxşı oğulları Ermənistanın zəifliyinin qurbanı olacaqlar.
Surxay Əliyev