“Ukrayna hakimiyyəti prezident seçkilərinin keçirilməsinə razılıq verdi”

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff martın 21-də amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib ki, Ukrayna hakimiyyəti prezident seçkilərinin keçirilməsinə razılıq verib. Karlson deyib ki, Moskva Ukrayna prezidenti Vladimir Zelenskini “seçilməmiş” hesab edir və buna görə də onunla “heç bir müqavilə imzalaya bilməz”. "Sizcə Ukraynada seçkilər olacaqmı?" deyə Karlson soruşub. "Bəli. Olacaq. Onlar bununla razılaşdılar. "Ukraynada seçkilər olacaq”, - deyə Vitkoff cavab verib. Witkoff Rusiyanın Avropaya hücum etməyəcəyinə də tam əmin olduğunu da qeyd edib.
Hələ bu ilin fevralında ABŞ prezidenti Donald Tramp Ukraynada seçkilərin vaxtının gəldiyini bəyan edib.
Surxay Əliyev