“Tramp danışıqlarda Ukraynanın mövqeyini zəiflətdi”

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalarla bağlı suala cavab verməkdən imtina edib. O, bu barədə Fox News telekanalının yayımladığı Ağ Evdə jurnalistlərlə görüşü zamanı bildirib. Söhbət zamanı jurnalistlərdən biri Ağ Ev rəhbərindən “Rusiyanın Ukraynaya hücumlarını davam etdirməsi” fonunda yeni anti-Rusiya sanksiyaları tətbiq edilib-etməyəcəyini soruşub. Tramp etiraf edib ki, "Onlar bir-biri ilə vuruşurlar". Hansı ki,bir neçə saat əvvəl ABŞ prezidenti Ukraynada tam atəşkəsin “çox tezliklə” baş tuta biləcəyini demişdi. Onun sözlərinə görə, hazırda saziş üzrə danışıqlar aparılır. Martın 18-də Rusiya prezidenti Vladimir Putin və Tramp arasında rəsmi olaraq təsdiqlənmiş ikinci telefon danışığı olub. Kremlin məlumatına görə, danışıqlar zamanı Ağ Evin sahibi Rusiya və Ukraynaya 30 gün ərzində enerji infrastrukturu obyektlərinə qarşılıqlı zərbələr endirmək təklifi irəli sürüb. Putin bu təkliflə razılaşıb və dərhal Rusiya hərbçilərinə müvafiq əmr verib.
Bundan əvvəl “Business Insider” isə Trampın Ukraynanın danışıqlarda mövqeyini zəiflətdiyi barədə məlumat vermişdi.
Surxay Əliyev