"Bu torpaqlar İsrailə birləşdiriləcək” - İsrailli nazırdən AÇIQLAMA

İsrailin müdafiə naziri İsrail Katz sərt açıqlamalarla çıxış edib. İsrailli nazır açıq şəkildə bəyan edib ki, o orduya yerli əhalini təxliyə edərkən Qəzzada əlavə ərazilər tutmağı, İsrailin əhali mərkəzlərini və ordu əsgərlərini qorumaq üçün zolağın ətrafında təhlükəsizlik zonalarını genişləndirməyi tapşırıb. SİTAT: “Həmas girovları azad etməkdən nə qədər uzun müddət imtina edərsə, bir o qədər çox ərazi itirəcək və bu torpaqlar İsrailə birləşdiriləcək”, - o qeyd edib.
Mətləb