Tramp dünyanın 6-cı nəsil ilk döyüş təyyarəsinin adını açıqladı - F-47...

Trampın yeni “oyuncağı”
Tramp “Dünyada ilk” deyə elan etdi: ABŞ F-47 istehsal edəcək. F-35 təyyarələriylə bağlı müzakirələr davam edərkən ABŞ prezidenti Tramp F-47-nin dünyanın ilk 6-cı nəsil döyüş təyyarəsi olaraq istehsalına başlayacaqlarını açıqlayıb. F-47 döyüş təyyarəsi ilə bağlı Tramp ofisindən verdiyi açıqlamada, F-47-nin indiyə qədər istehsal edilmiş ən inkişaf etmiş, ən qabiliyyətli, ən ölümcül təyyarə olacağını dedi. Və əlavə etdi ki, o, 5 ildir ki, gizli şəkildə uçur. “F-47-nin eksperimental versiyası demək olar ki, 5 ildir gizli şəkildə uçur və biz əminik ki, o, istənilən digər ölkənin imkanlarını xeyli üstələyir”, - deyən Tramp təyyarənin fotosunu göstərərək danışıb.
Surxay Əliyev