İsrail Qəzza zolağının ilhaqı ilə hədələyib

Mən orduya yerli əhalini təxliyə edərkən Qəzzada əlavə ərazilər zəbt etməyi, İsrailin əhali mərkəzlərini və ordu əsgərlərini qorumaq üçün Qəzza zolağının ətrafında təhlükəsizlik zonalarını genişləndirməyi tapşırmışam. Bunu İsrailin müdafiə naziri İsrael Katz deyib. İsrailli nazir qəzzalıları təhdid edərək bildirib ki,“Həmas” girovları azad etməkdən nə qədər uzun müddət imtina edərsə, bir o qədər çox ərazi itirəcək və bu torpaqlar tamamilə İsrailə birləşdiriləcək”.
Surxay Əliyev