Husilər Təl-Əvivi vurdu...

Husilər Təl-Əvivin cənubundakı hərbi hədəfə hipersonik ballistik raket hücumu həyata keçirdiklərini və Qəzzanın blokadası qaldırılana qədər hücumların davam edəcəyini bildiriblər. Yəmən Husilər Hərəkatının sözçüsü Yəhya Sariya deyib ki,biz “Fələstin-2” hipersəs ballistik raketi ilə işğal olunmuş Fələstin ərazisinin Yaffa bölgəsində düşmənin hərbi hədəfini vurduq”. "Əməliyyat uğurlu keçdi" deyə Saria bildirib. O qeyd edib ki, bu artıq husilərin son 24 saat ərzində həyata keçirdiyi ikinci əməliyyatdır və ABŞ Yəmənə, İsrail isə Qəzzaya hücumlarını dayandırmırmayanadək hücumların davam edəcəyini vurğulayıb. Saria həmçinin bildirib ki, husilər İsrail gəmilərinin keçidinə qoyulan qadağaları qoruyub saxlayır və Qəzzanın blokadası tamamilə götürülənə qədər hərbi əməliyyatları davam etdirəcəklər. Bundan əvvəl husilər Təl-Əvivdəki Ben Qurion beynəlxalq hava limanına və Qırmızı dənizdə ABŞ-ın təyyarədaşıyan gəmisinə zərbələr endiriblər. Martın 7-də husilər İsrailə Qəzzaya humanitar yardım çatdırmaq üçün dörd gün vaxt verərək, əks halda dəniz əməliyyatlarını bərpa edəcəkləri ilə hədələyiblər. Martın 15-də ABŞ prezidenti Donald Tramp bildirib ki, o, orduya husilərə qarşı “kütləvi zərbə” endirməyi əmr edib. Buna cavab olaraq hərəkatın lideri Əbdülməlik əl-Husi Amerika təyyarələrinə və gəmilərinə hücum etməklə hədələyib. Husilərin məlumatına görə, ABŞ və Böyük Britaniyanın Yəmənin bir neçə şəhərinə, o cümlədən paytaxt Səna şəhərinə endirdiyi zərbələr nəticəsində azı 53 nəfər ölüb, 107 nəfər yaralanıb.
Surxay Əliyev