Ərdoğan İstanbul meriyasında həbslərdən danışdı...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul meriyası ilə bağlı aparılan araşdırmaya münasibət bildirib və müxalifətin korrupsiya, mənimsəmə və digər məsələlərlə bağlı hüquqi iddialara cavab vermədiyini bildirib. “Onlar sadəcə olaraq deyə bilərdilər: “Bu diplom qanuni alınıb” (İstanbul Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun ali təhsil diplomu onu verən universitet tərəfindən bir gün əvvəl ləğv edilib – red.) və ya “Meriyada korrupsiya, saxtakarlıq yoxdur”. Onlar ekspertiza keçirə bilərdilər, ekspertlərlə müzakirələr apara bilərdilər. Amma bunu etmirlər. Çünki onlar yaxşı bilirlər ki, ittihamlar doğrudur”, - deyə dövlət başçısı bildirib. O, həmçinin qeyd edib ki, sənədlərin və sübutların əhəmiyyətli bir hissəsini məhkəməyə Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvlərinin özü təqdim edib ki, bu da onun fikrincə, vəziyyətin ciddiliyindən xəbər verir. “Bu tamaşalara vaxtımız yoxdur. “Biz hədəflərimizə cəmləşmişik”, - deyə prezident yekunlaşdırıb.
Surxay Əliyev