Trampdan İsrailin Qəzzada əməliyyatları bərpa etməsinə tam dəstək - günahı da HƏMAS-da görür...

“ABŞ prezidenti Donald Tramp İsrailin Qəzza zolağında ölümcül hava və quru əməliyyatlarını bərpa etməsini tam dəstəkləyir”-bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt cümə axşamı günü Fələstinin Həmas qrupunu günahlandırarkən deyib.Jurnalistlər ondan Trampın Qəzzada atəşkəsi təzələməyə cəhd edib-etmədiyini soruşduqda,mətbuat katibi “Prezident HƏMAS-a açıq şəkildə bildirdi ki, bütün girovları azad etməsələr, bunun əvəzini ödəyəcəklər və təəssüf ki, HƏMAS mediada insan həyatı ilə oynamaq qərarına gəldi”, deyə Livitt əlavə edib.
Yaranmış vəziyyətin “tamamilə HƏMAS-ın günahı” olduğunu deyən Livitt, Trampın fələstinli yaraqlılar tərəfindən saxlanılan bütün girovların azad edilməsini istədiyini bildirib.
Qəzzanın Mülki Müdafiə İdarəsi isə İsrailin hücumunda indiyədək 200-ü uşaq olmaqla 504 nəfərin həlak olduğunu bildirib. Yanvarın 19-da atəşkəs elan ediləndən bəri müharibədən əziyyət çəkən Fələstin ərazisində hökm sürən nisbi sakitliyi pozan İsrail çərşənbə axşamı səhər tezdən ölümcül zərbələrlə hava əməliyyatını bərpa edib.
Surxay Əliyev