Qəzzaya bombalar yağdıran İsrailin baş naziri İran xalqının Novruz bayramını təbrik edib

İsrailin baş naziri Binyamin Netanyahu İran xalqına videomüraciət dərc edib. O,İran İslam Respublikası vətəndaşlarını Novruz bayramı münasibətilə təbrik edib. Bu münasibətlə xüsusi olaraq lentə alınan videomüraciətdə Binyamin Netanyahu iranlılara sağlamlıq, xoşbəxtlik, firavanlıq və azadlıq arzulayıb. O, həmçinin ümid edir ki, bu il İran İslam Respublikası üçün yaxşılıq arzulayanlarla, o cümlədən İsraillə dostluq ili olacaq. “Qoy bu il... rialın həqiqi dəyər qazandığı il olsun..., sənə səmimi qəlbdən yaxşılıq arzulayanlarla dostluq ili, o cümlədən mənim ölkəm – İsraillə... Qoy bu il... zülmdən, yoxsulluqdan azad olmaq, yaşamaq azadlığı, seçim azadlığı ili olsun”, – deyə İsrail hökumətinin başçısı bəyan edib.
Surxay Əliyev