Zelenskiyə Trampa “mühazirə” oxumamaq haqda xəbərdarlıq ediblər

ABŞ prezidenti Donald Trampın komandasının nümayəndələri Ağ Evə səfəri ərəfəsində Vladimir Zelenskiyə xəbərdarlıq ediblər ki, yeni Amerika lideri sələfi Co Baydendən çox fərqlidir və ona fərqli münasibət göstərilməlidir, lakin Zelenski onların məsləhətinə qulaq asmayıb. Bu barədə ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “The Glenn Beck Program”a müsahibəsində bildirib. Müsahibə zamanı ondan Ağ Evdəki mübahisənin təfərrüatlarını bildirməsi istənilib. "İcazə verin, sizə bəzi məlumatları verim, biz o səhər Ağ Evin qarşısındakı The Hay-Adams otelində prezident Zelenski ilə görüşdük" deyə xüsusi nümayəndə qeyd edib. "Biz ona dedik ki, biz bir növ rejissor kimi fəaliyyət göstəririk. Siz gəlib prezident (Tramp) ilə danışacaqsınız. O,mətbuatı çağıracaq. "Siz deyəcəksiniz ki, Amerika xalqına, vergi ödəyicilərinə sizə dəstək olmaq üçün 176 milyon dollar pul verdiyinə görə minnətdarsınız" deyə Kelloq əlavə edib. “O, içəri girdi, lakin bizim ona dediklərimizə qulaq asmadı.Başladı prezidentə mühazirə oxumağa. Hansi ki,biz ona əvvəldən də demişdik: “Sən başqa adamla onu qarışdırma. Bu centlmen Co Bayden deyil.Prezident [Tramp] ona mane olmadı. “Mən ayağa qalxmaqla demək istədim ki,sən bizim dediklərimizə açıq-aydın qulaq asmadın” - deyə xüsusi nümayəndə xatırladıb. "Və sonra o, bir tərəf seçməli olduğunu söyləyəndə, artıq bunun son olduğunu bildim" deyə Kelloq yekunlaşdırb.
Surxay Əliyev