“ABŞ və İran çox məxfi şəkildə danışıqlar aparır”

İndiki mərhələdə ABŞ və İran arasında intensiv,lakin son dərəcə məxfi danışıqlar gedir. Bunu politoloq Argişti Kiviryan Ermənistan xəbərlərinin – NEWS.am-ın “Güc faktoru” verilişində qonaq olarkən deyib. Onun sözlərinə görə, bu, Trampın taktikasıdır, o, əvvəlcə bu və ya digər tərəfi “cəsarətlə götürür”, sonra isə danışıqlar üçün real platforma formalaşdırır. "Lakin İranı sındırmaq o qədər də asan deyil və Tramp vəziyyətin ciddiliyini anlayır", - deyə Kiviryan vurğulayıb.
Təhlilçi hesab edir ki, regionun taleyi bu gizli danışıqların nəticəsindən asılı olacaq:- sitat- “Qəribədir ki, Suriyadakı hadisələrdən sonra yəhudi dövlətinə çox yaxınlaşan Misir və Türkiyəyə qarşı İranla kölgə əməkdaşlıq qurmaq İsrail üçün faydalıdır. Yəni, ictimai sahədə Tehran və Təl-Əviv bir-birinə çamur atmağa davam edəcək, amma reallıqda Türkiyəyə qarşı əməkdaşlıq edə bilərlər”-sitatın sonu.
Bununla yanaşı, Kiviryan Tehrana qarşı hərbi əməliyyatları da istisna etmir, lakin o, bunu son variant kimi qəbul edir. “İranın ən böyük problemi etnik və dini gərginliyi artıra biləcək iqtisadi problemlərdir. Bu səbəbdən Tehran danışıqlara getməyə məcburdur”, deyə o əlavə edib. Analitik hesab edir ki, Rusiyaya gəlincə, Tramp Çinlə qarşıdurma kontekstində Moskvanı öz düşərgəsinə çəkməyə çalışır, eyni zamanda İran və Şimali Koreya məsələlərinə də toxunur. "Lakin Moskva başa düşür ki, Tramp təqaüdə çıxdıqdan sonra ABŞ-ın bu cür siyasəti nəticəsində Rusiya meydanda tək qala bilər", - deyə Argişti Kiviryan yekunlaşdırıb.
Surxay Əliyev