Putinlə Trampın atəşkəs razılaşması ayaqlar altına atıldı - müharibə daha da qızışır....

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, martın 18-də axşam saatlarında Rusiya qoşunlarının onlarla pilotsuz təyyarəsi Ukrayna ərazisinə zərbələri endiriblər.Bu barədə Zelenski özünün teleqram kanalında yazıb.
Səmamızda 40-a yaxın "şəhid" var, hava hücumundan müdafiə sistemi işləyir. Təəssüf ki, mülki infrastruktura zərbələr endirilir. Bir "şəhid" birbaşa Sumdakı xəstəxanaya zərbələr endirdi. Donetsk vilayətinin şəhərlərinə də zərbələr endirildi., Hücum edən pilotsuz təyyarələr hazırda Kiyev, Jitomir, Sum, Çerniqov, Poltava, Xarkov, Kirovoqrad, Dnepropetrovsk və Çerkassı vilayətlərinin səmasındadır”, - deyə Zelenski yazıb.
Euronews-un məlumatına görə, Rusiya pilotsuz təyyarəsinin Ukraynaya sonuncu hücumu ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında telefon danışığından bir neçə saat sonra baş verib.
Zelenski zərbələrin dayandırılması ideyasını dəstəkləyib və qeyd edib ki,Ukrayna enerji sektoruna zərbələri qarşılıqlı dayandırmağa hazırdır. Bununla belə, işğalçılar atəşkəsi pozarsa, Kiyev də buna cavab verəcək".
Öz növbəsində Ukrayna pilotsuz təyyarələri də Rusiyaya zərbələr endirib. Nəticədə Krasnodar vilayətinin Kropotkin yaxınlığındakı Kavkazskaya kəndində neft bazasında yanğın baş verib.
Rusiya Müdafiə Nazirliyi martın 19-na keçən gecə Rusiya regionları üzərində 57 pilotsuz təyyarənin vurulduğunu açıqlayıb.
Martın 19-da səhər saatlarında Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Putinlə Tramp arasındakı telefon söhbətindən sonra Ukraynanın enerji infrastrukturuna hücumların müvəqqəti dayandırılması barədə göstəriş verilib.
Bundan əvvəl ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında telefon danışığı zamanı tərəflər enerji və infrastrukturun bütün sahələrində dərhal atəşkəs barədə razılığa gəliblər.
Surxay Əliyev