Tramp Zelenskiyə “Patriot” raketləri göndərməyə söz verdi

Putinin Ukraynaya hərbi yardımı dayandırmaq haqda tələblərinə baxmayaraq ABŞ prezidenti Zelenskiyə Ukrayna üçün “Patriot” tapacağını və kəşfiyyat dəstəyini davam etdirəcəyini vəd etdi
ABŞ prezidenti Donald Trampla Ukrayna prezidenti Vladimir Zelenski enerji və mülki infrastruktura zərbələrdən imtinanı özündə ehtiva edən qismən atəşkəsi müzakirə etmək üçün Səudiyyə Ərəbistanında nümayəndə heyətlərinin görüşünü keçirməyə razılaşıblar. Martın 19-da telefon danışığından sonra Zelenski bildirib ki, Ukrayna enerji və digər mülki infrastruktur obyektlərinə zərbələrin dayandırılmasını dəstəkləyir.
Ağ Evin məlumatına görə, söhbət zamanı Zelenski mülki insanları qorumaq üçün ABŞ-dan əlavə hava hücumundan müdafiə sistemləri istəyib. “Prezident Tramp, bu sahədə onunla işləməyə razılaşıb”, - deyə ABŞ administrasiyası bildirib. Liderlər həmçinin razılaşıblar ki, “Ukrayna və Amerika müharibənin real şəkildə sona çatması üçün birgə işləməyə davam etsinlər”. Öz növbəsində Tramp Zelenski ilə söhbətinin “çox yaxşı” keçdiyini bildirib.
Surxay Əliyev