Rusiya Ukraynanın enerji infrastrukturunu vurmaq üçün göndərdiyi PUA-larını özü havada vurdu

Rusiya ordusu Ukraynadakı hədəflərə yönəlmiş öz pilotsuz təyyarələrini vurub. Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bu addımın prezident Putinin əmrinə uyğun olaraq həyata keçirildiyi bildirilib.
Nazirliyin açıqlamasına görə, Rusiya hava hücumundan müdafiə sistemlərinə “pilotsuz uçuş aparatlarını zərərsizləşdirmək” tapşırılıb. Cəmi yeddi PUA vurulub. Onlardan 6-sı “Pantsir” hava hücumundan müdafiə sistemi, biri isə Rusiya Aerokosmik Qüvvələrinin mühafizə döyüş təyyarəsi tərəfindən məhv edilib. Hədəf alınan yeddi pilotsuz təyyarənin Ukraynanın müdafiə sənayesi ilə əlaqəli enerji infrastrukturunu vurmaq üçün göndərildiyi və hamısının Nikolayev vilayətində vurulduğu bildirilib.
TAHİR