“Tramp özünü mafiya başçısı kimi aparır”

Sky News Nəşrin təhlükəsizlik və müdafiə üzrə analitiki Maykl Klark ABŞ prezidentinin bunu necə nümayiş etdirdiyini izah edib. Maykl Klark bildirib ki, hər kəs ABŞ prezidenti Donald Trampa hörmət etməlidir, lakin o, özünü sanki mafiya başçısı kimi aparır. Xüsusilə bu, onun ünsiyyət tərzinə aiddir. “O, istəyir ki,hamı ondan qorxsun və gücünü nümayiş etdirmək üçün ətrafındakı insanları təhqir etmək istəyir”, - deyə analitik vurğulayıb. Ekspertin fikrincə, Tramp hakimiyyəti “şəxsi bir əşya” kimi qəbul edir və ona institusional baxmır. "Güc Trampın özüdür, prezidentlik məqamı deyil" deyə Klark qeyd edib. Eyni zamanda, ABŞ lideri gözlənilməz olmağı xoşlayır, insanları “qorxutmağa” çalışır, ona görə də ki,o, ilk baxışdan göründüyündən daha ağıllı ola bilər. Bu arada UNIAN bildirmişdi ki, Zelenski Trampın Odessa limanını Rusiyaya təhvil verməyə razılaşa biləcəyindən ehtiyat edir. Bu mesaj ABŞ və Rusiya prezidentləri arasında çərşənbə axşamı, martın 18-də baş tutacaq və məlumat verildiyi kimi, ərazilər məsələsinin müzakirə ediləcəyi söhbətə hazırlıq fonunda ortaya çıxıb. Bundan başqa, Ərdoğan da Trampla görüşün təşəbbüskarı olub. Agentliyin mənbələrinə görə, Ərdoğan Ankara ilə Vaşinqton arasında tərəfdaşlığın gücləndirilməsini regional sabitlik üçün kritik əhəmiyyət kəsb etdiyini düşünür.
Surxay Əliyev