Netanyahu məhkəməyə ifadə verməyə getmədi, əvəzinə Qəzzanı bombaladı...

İsrailin baş naziri Qəzzanın bombalanmasını məhkəməyə ifadə verməkdən üstün tutaraq məhkəməyə getməkdən yayınıb. Baş nazir məhkəməyə müraciətində qeyd edib ki, prokurorluq iclasın ləğvi tələbini təsdiqləyib. “Bir neçə saat əvvəl ordu Qəzzada hərbi əməliyyata başlayıb. Bu gün səhər saat 11:00-da baş nazir, müdafiə naziri və təhlükəsizlik orqanlarının rəhbərlərinin iştirakı ilə fövqəladə təhlükəsizlik müşavirəsi keçiriləcək”, - deyə sənəddə deyilir. Yerli hakimiyyət orqanlarının məlumatına görə, İsrail Qəzzadakı hədəflərə hava zərbələri endirib, nəticədə 200-dən çox adam ölüb. Bu hərbi əməliyyat yanvarın 19-dan, İsraillə HƏMAS-ın atəşkəs və girov mübadiləsi haqqında razılığa gəldiyindən bəri ən böyük hücum olub. Müxaliflər isə Netanyahunun Şin Bet rəhbəri Ronen Barı işdən çıxarmaq planına qarşı Qüdsdə kütləvi etiraz aksiyası keçirməyi planlaşdırırdılar. Bu, ilk dəfə deyil ki, baş nazir hərbi məsələlərlə məşğul olmağın zəruriliyini bəhanə edərək korrupsiya ilə bağlı dinləməni təxirə salmağa çalışır. Dekabr ayında isə məhkəmə onun prostat əməliyyatından sonra üç həftəlik icraatı dayandırmışdı.
Qeyd edək ki,Netanyahu üç korrupsiya cinayəti ilə üz-üzədir.
Surxay Əliyev