ABŞ Yəməndə iranlı hərbçiləri də bombaladı...

ABŞ ordusunun Yəmənin Hodeydə əyalətinə endirdiyi zərbələr nəticəsində həlak olanlar arasında İranın İnqilab keşikçiləri korpusunun hərbi müşavirləri yer alıb.
Trend xəbər verir ki, bu barədə "Sky News Arabia" məlumat yayıb.
Telekanalın mənbələrinə görə, Hodeydəyə hücum nəticəsində “Ənsar Allah” qiyamçı hərəkatına dəstək göstərdiyi iddia olunan İranın “Əl Qüds” xüsusi təyinatlı hərbçilər həlak olub.
Hadisənin təfərrüatı və dəqiq itki sayı açıqlanmır.
Bundan əvvəl "Al Hadath" telekanalı ABŞ-nin Hodeydiyəyə endirdiyi zərbələr nəticəsində onlarla husinin həlak olduğunu bildirmişdi. Telekanalın məlumatına görə, həlak olan döyüşçülər Amerika zərbələrinin əsas hədəfinə çevrilmiş Ə-Səlif rayonunda olublar. Zərbələrdən sonra rayonda yerləşən metallurgiya zavodunun məhv edildiyi bildirilir. “Al Hadath” husilərin həmin obyektdən hərbi məqsədlərlə istifadə etdiyini iddia edir.