Tramp Zelenski ilə qəsdən mübahisə etdiyini etiraf edib

Amerika prezidenti hətta niyə belə bir addım atdığının səbəbini də açıqlayıb. ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə Oval kabinetdə mübahisənin Ukraynaya təzyiq strategiyasının bir hissəsi kimi planlaşdırıldığını təsdiqləyib. Amerika prezidenti bu haqda jurnalistlərlə söhbəti zamanı deyib. "Biz Ukraynanı düzgün addım atmağa məcbur etməliydik. Bu, asan vəziyyət deyildi. Siz Oval kabinetdə kiçik bir səhnə gördünüz, amma mən hesab edirəm ki, onlar indi düzgün iş görürlər və biz atəşkəs, sonra isə sülh razılaşması əldə etməyə çalışırıq", - deyə Tramp hərəkətinin motivini izah edib və əlavə edib ki, bunu düzgün hesab edir. Ukraynaya silah və kəşfiyyat məlumatlarının verilməsinin dayandırılması ilə bağlı suala cavabında Tramp bildirib ki, bu qərar onun fikrincə, Rusiyanın Kursk vilayətindəki Ukrayna Silahlı Qüvvələri üçün elə bir nəticə verməyib. "Heç də yox. Tam tərsinə. Siz başa düşməlisiniz ki, mənim kiminsə çoxlu ölümlə nəticələnəcək pis bir şey etdiyini görsəm, müdaxilə etməyimin yeganə səbəbi insanlıqdır. Mən insanlıq naminə müdaxilə edirəm, çünki orda çoxlu insan ölür", - deyə Tramp bildirib.
Surxay Əliyev