Serbiyadakı aksiyalar baş nazirin istefasıyla nəticələndi - ölkədə “rəngli inqilab” gözlənilirmi?

Serbiyanın baş naziri kütləvi anti-hökumət etirazları fonunda istefa verib və ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənir.RBC respublikadakı böhranın “rəngli inqilab” adlandırıla biləcəyini araşdırıb. Martın 18-də Serbiya Milli Assambleyasının (birpalatalı parlament) bir ay yarım əvvəl elan etdiyi baş nazir Miloş Vuçeviçin istefasını rəsmən təsdiq edəcəyi gözlənilir. Səbəb ötən ilin noyabrından bəri davam edən və ötən həftə sonu Serbiyanın paytaxtında keçirilən kütləvi mitinqlə yekunlaşan hökumət əleyhinə etirazlar olub. Şənbə günü, Respublika Daxili İşlər Nazirliyinin hesablamalarına görə, 100 mindən çox insan Belqrad küçələrinə axışıb və bu aksiya prezident Aleksandr Vuçiçin hakimiyyətinin 13 ilində ən böyük aksiya olub. Respublikanın hakimiyyət orqanları martın 15-də keçirilən nümayişlərdə polislə aksiyaçılar arasında toqquşmalar zamanı 56 nəfərin yaralandığını, aksiyanın 22 iştirakçısının həbs edildiyini bildirib. Bəzi etirazçılar və aksiyanın təşkilatçıları hüquq-mühafizə orqanlarının səsli silahlardan istifadə etdiyini bildiriblər. Vuçeviç martın 17-də bildirib ki, Belqrad səsli silahlardan istifadəni araşdırmaq üçün Amerika FTB və Rusiya FSB nümayəndələrini ölkəyə dəvət etməyə hazırdır.
Martın 16-da televiziya ilə xalqa müraciət edən Vuçiç qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməyi sayəsində ölkədə sülh və sabitlik qorunub saxlanılıb. O, həmçinin qeyd edib ki, hakimiyyət bu etirazlardan dərs almalı və dəyişikliklərə hazır olmalıdır.Bununla belə Vuçiç istefa vermə ehtimalını rədd edib lakin ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinə icazə verib. Daha sonra sosial mediada yayımlanan videomüraciətdə Vuçiç Serbiyadakı vəziyyəti 2014-cü ildə Ukraynadakı iğtişaşlarla müqayisə edib. Lakin "Serbiyada Maydanın surəti olmayacaq" deyə o, söz verib .
Surxay Əliyev