Israil hərbçiləri yenidən Qəzzanı qana boyadı

İsrail hərbçiləri ölkə rəhbərliyinin əmrindən sonra çərşənbə axşamı gecə Qəzza zolağında HƏMAS-ın hədəflərinə zərbələr endirməyə başlayıb. Qəzza rəsmiləri hücumlarda 200-dən çox insanın öldüyünü bildirir. İsrail Müdafiə Qüvvələri və Şin Bet təhlükəsizlik xidmətinin birgə bəyanatında deyilir:- "Siyasi eşalonun qərarına uyğun olaraq, İsrail Müdafiə Qüvvələri və Şin Bet hazırda Qəzza zolağında HƏMAS terror təşkilatına məxsus terror hədəflərinə kütləvi zərbələr endirir".
İsrail Baş Nazirinin dəftərxanası isə açıqlamasında bildirib ki, Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz orduya HƏMAS-a qarşı "qətiyyətli addımlar atmaq" əmrini verib. “Bu, HƏMAS-ın girovlarımızı azad etməkdən dəfələrlə imtina etməsindən, həmçinin ABŞ prezidentinin elçisi Steve Witkoff və vasitəçilərdən alınan bütün təklifləri rədd etməsindən sonra baş verir”, - deyə Netanyahunun ofisi bildirib. “İsrail Ordusu hazırda siyasi rəhbərliyin qarşıya qoyduğu müharibə məqsədlərinə nail olmaq, o cümlədən diri və ölü bütün girovlarımızı azad etmək üçün Qəzza zolağının hər yerində HƏMAS terror təşkilatının hədəflərinə hücum edir”.
Surxay Əliyev