Zelenskidən sonra Ağ Ev indi də fransızlardan minnətdarlıq tələb edir

Fransız deputatın ABŞ-dan Azadlıq heykəlini geri istəməsiylə bağlı tələbinə cavab özünü çox da gözlətməyib. ABŞ, Amerikanın müstəqillik simvolunun qaytarılmasını tələb edən Avropa Parlamentinin deputatına belə cavab verib: “Fransızlar alman dilində danışmağa məcbur olmadıqlarına görə minnətdar olmalıdırlar”. ABŞ Avropa Parlamentinin fransalı deputatının çağırışına cavab olaraq Azadlıq heykəlini Fransaya qaytarmaqdan qəti şəkildə imtina edib. Bunu Ağ Evin mətbuat katibi Karolin Levitt deyib. Amerika administrasiyasının nümayəndəsi heykəlin fransız xalqının hədiyyəsi olduğunu və ABŞ-ın onu geri qaytarmaq niyyətində olmadığını vurğulayıb. Levit fransız siyasətçinin təklifinə sərt reaksiya verib. "Mənim naməlum, aşağı rütbəli fransız siyasətçisinə tövsiyəm odur ki, fransızların indi alman dilində danışmaması yalnız ABŞ-ın sayəsindədir, ona görə də onlar ölkəmizə çox minnətdar olmalıdırlar", - deyə Levitt əlavə edib.
Məlum olduğu kimi,Azadlıq heykəlinın qaytarılması təşəbbüsü Avropa Parlamentinin deputatı Rafael Qluksman tərəfindən irəli sürülüb və bir gün əvvəl ABŞ-ın Parisi abidəni bağışlamağa vadar edən dəyərləri artıq təcəssüm etdirmədiyini bəyan edib. "Biz tiranların tərəfini tutmuş amerikalılara, elmi azadlıq tələb etdikləri üçün tədqiqatçıları işdən azad edən amerikalılara deyəcəyik: "Azadlıq heykəlini geri verin" deyə Rafael Qluksmann "Place Publique" mərkəzçi hərəkatının qurultayında bəyan edib. Deputat onu da əlavə edib ki, ABŞ, onun fikrincə, bu azadlıq simvoluna xor baxır. Azadlıq heykəli 1886-cı il oktyabrın 28-də Nyu-York limanında fransız xalqının hədiyyəsi olaraq Amerikanın Müstəqillik Bəyannaməsinin yüz illiyi münasibətilə açıldı. Layihəni fransız heykəltəraş Auguste Bartholdi hazırlayıb.
Surxay Əliyev