Ukrayna dayanmır - Həştərxana PUA hücumu olub

Ukrayna Rusiyaya PUA hücumlarına ara vermir. Gecə saatlarında Ukrayna qüvvələri Həştərxan vilayətindəki obyektlərə, o cümlədən yanacaq-energetika kompleksinə irimiqyaslı PUA hücumuna cəhd edib və obyektlərdən birində yanğın baş verib. Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bildirib ki, 1 nəfər yaralanıb:
“Elektron döyüş və hava hücumundan müdafiə sistemləri normal rejimdə işləyib. PUA-nın qalıqları hadisə yerinə düşərkən yanğın baş verib. Hücum zamanı bir nəfər yaralanıb. Zərərçəkmiş xəstəxanaya aparılıb. Vəziyyət nəzarət altındadır, fövqəladə hallar xidmətinin mütəxəssisləri fəsadların aradan qaldırılmasına başlayıb”.-İ.Babuşkin bildirib.
Mətləb