“Biz satılmırıq” - Qrenlandiyalılar ayağa qalxdı

Şənbə günü, martın 15-də yüzlərlə Qrenlandiyalı ABŞ prezidenti Donald Trampın adanın “ilhaqı” ilə bağlı bəyanatlarına etiraz etmək üçün küçələrə çıxıb.
"European Pravda" xəbər verir. Təxminən 800 nəfər əllərində Qrenlandiya bayraqları və “Amerikanı uzaqlaşdırın”, “Biz satılmırıq” sözləri yazılmış plakatlarla paytaxt Nuuk küçələri ilə yürüş edib. Nümayiş ABŞ konsulluğunun yaxınlığında Qrenlandiya himninin səsləndirilməsi ilə başa çatıb. Qrenlandiyada keçirilən parlament seçkilərində qalib gələn Demokratik partiyanın lideri Yens-Frederik Nilsen deyib: “Biz özümüz olmaq istəyirik və bizim muxtariyyətimiz və azadlığımız heç vaxt müzakirə olunmayacaq”. "Qrenlandiyanın ABŞ-ın bir hissəsi olması barədə Trampla danışmağım üçün heç bir şans yoxdur. Qrenlandiya Qrenlandiyanın olacaq", - deyə Nilsen deyib. Cümə axşamı, martın 13-də NATO-nun baş katibi Mark Rutte ilə görüşdə Tramp deyib ki, o, Qrenlandiyanın ilhaqının “baş verəcəyini” düşünür, çünki bu, “beynəlxalq təhlükəsizlik üçün zəruridir”. Qrenlandiyanın hökumət başçısı səlahiyyətlərini icra edən Mute Egede ABŞ prezidenti Donald Trampın ada ilə bağlı son bəyanatından sonra adanın partiya liderlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib. Qrenlandiya partiyasının liderləri martın 14-də bir araya gəlib və Trampın adanı ələ keçirməklə bağlı dəfələrlə etdiyi çağırışları qətiyyətlə rədd ediblər.
Surxay Əliyev