Tramp bir qərarla azad medianı dəfn etdi

Tramp administrasiyası “Amerikanın səsi” radiostansiyasına qarşı iddiaların siyahısını açıqlayıb və bununla da radionun maliyyələşdirilməsini dayandırmaq qərarının səbəblərini “açıqlayıb”. Bu barədə “European Pravda” Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir. Belə ki,Tramp administrasiyası martın 15-də şənbə günü Amerikanın Səsinə qarşı bir sıra iddialarla çıxış edib. Tramp müxtəlif media orqanlardan sitatlar gətirərək, yayımçını jurnalist standartlarını pozmaqda və ardıcıl olaraq məsuliyyətdən yayınmaqda ittiham edib. Trampın ofisi bildirib ki, “Amerikanın Səsi” radiosunun bir neçə müxbiri sosial medianın qərəzsizlik siyasətinə baxmayaraq, X hesablarında Tramp əleyhinə şərhlər yazıblar. Beləliklə Ağ Ev və prezident Trampın qərarının əleyhinə aşağıdakı arqumentləri dərc edib: 1.2020-ci ildə Amerikanın Səsi Tramp administrasiyasının “həqiqəti gizlətmək” cəhdi kimi qəbul etdiyi keçmiş ABŞ prezidenti Co Baydenin oğlu Hunter Baydenin noutbuku ilə bağlı qalmaqalda Rusiyanın mümkün rolu haqqında yazıb.
2.Amerikanın Səsinin rəhbərliyi işçilərindən "rəsmi bəyanatlara istinad edənlər istisna olmaqla" HƏMAS və onun üzvlərini terrorçu adlandırmamağı xahiş edib.
3.2019-cu ildə yayımçı ABŞ-dan sığınacaq istəyən transgender miqrantlar haqqında süjet yayımlayıb. Martın 15-i axşam məlum olub ki, Amerikanın Səsinin xeyli sayda əməkdaşı “inzibati” məzuniyyətə göndərilib.
“European Pravda”nın çoxsaylı mənbələri iddia edir ki, “Amerikanın səsi”nin xeyli sayda əməkdaşı işdən çıxarılmaqla yanaşı, Tramp administrasiyası AzadlıqRadiosu (Azad Avropa/Azadlıq Radiosu) şəbəkəsinin maliyyələşdirilməsini də tamamilə ləğv etdiyini bəyan edib. “Azadlıq” radiosu artıq bu qərarı “Amerikanın düşmənlərinə hədiyyə” adlandırıb.
Surxay Əliyev