Pezeşkian: “Biz heç vaxt alçaldılmağa boyun əyməyəcəyik”

İranın “Mehr” agentliyi xəbər verir ki, İran xalqının çətinliklərin öhdəsindən gəlmək əzmində olduğunu vurğulayan İran prezidenti Məsud Pezeşkian İranın heç vaxt kiminsə qarşısında əyilməyəcəyini deyib. Belə ki,Pezeşkian şənbə günü bir qrup iranlı xeyriyyəçi ilə görüşdə xalqın böhranların həllində və hökuməti dəstəkləməsində həlledici rolunu vurğulayıb. İran prezidenti bildirib ki, birlik və həmrəylik xalqa istənilən maneələri dəf etməyə kömək edə bilər. “Heç bir qüvvə, hətta bütün dünya onların tərəfində olsa belə, İran xalqını məğlub edə bilməyəcəklər. Bu gün bəzi ölkələr, o cümlədən ABŞ və bəzi Avropa ölkələri İranın zəiflədiyini və ona təzyiq göstərə biləcəklərini düşünürlər. Lakin onların başa düşmədikləri odur ki, İran xalqı heç vaxt alçaldılmağa boyun əyməyəcək”. Məsud Pezeşkian həmçinin ictimai rəyi nəzərə almağın vacibliyini vurğulayaraq qeyd edib ki, qeyri-hökumət təşkilatlarının dəstəyi ilə mühüm irəliləyişlər əldə etmək olar. Və etiraf edib ki, administrasiya ictimaiyyətin dəstəyi olmadan bütün problemləri həll edə bilməz. Bütün iranlıları birləşməyə çağıran Pezeşkian vurğulayıb ki,yüz dəfə uğursuzluğa düçar olsaq da, ölkəmizi daxili birlik, qonşularımızla sağlam münasibətlər əsasında quracağıq.
Surxay Əliyev