Türkiyə Krımla bağlı mövqeyini bir daha təsdiqlədi

Krım yarımadasının ilhaqının ildönümündə Türkiyə Xarici İşlər Nazirliyi bir daha Rusiyanın Krımın ilhaqını tanımadığını və Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini açıqlayıb.
Belə ki, Türkiyə Xarici İşlər Nazirliyi 2014-cü il 16 martda keçirdiyi Qeyri-qanuni referendumdan sonra Krım Muxtar Respublikasının Rusiya Federasiyası tərəfindən qanunsuz ilhaq edilməsinin on birinci ildönümündə Türkiyənin Krımdakı faktiki vəziyyəti tanımadığını bir daha vurğulayıb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Xarici İşlər Nazirliyi Krımın ilhaqını beynəlxalq hüququn pozulması kimi bəyan edib.
Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini təsdiqləyən Türkiyə Xarici İşlər Nazirliyi bəyanatında həmçinin qeyd edib ki, Türkiyə yarımadada baş verən hadisələri, xüsusilə yarımadanın yerli əhalisi olan Krım tatarlarının vəziyyətini yaxından izləməyə davam edəcək və bu məsələni beynəlxalq ictimaiyyətin daim gündəmində saxlayacaq.
Surxay Əliyev