“Kiyev istərsə Rusiyanın razılığı olmadan xarici qüvvələr Ukraynaya daxil ola bilər”

Fransa prezidenti Emmanuel Makron “Le Parisien” nəşrinə açıqlamasında deyib ki, əgər Kiyev atəşkəsə zəmanət vermək üçün Ukraynaya xarici qoşunların göndərilməsini istəsə, Rusiya bu məsələdə söz sahibi olmayacaq. "Ukrayna müttəfiq qoşunlarının öz ərazisində olmasını istəsə, razılaşıb-razılaşmamaq Rusiyanın ixtiyarında deyil", - deyə Makron bildirib.
Xatırladaq ki, Rusiya müxtəlif səviyyələrdə ardıcıl olaraq Ukrayna ərazisinə istənilən ölkənin xarici qoşunların yeridilməsinə qarşı çıxıb. Öz növbəsində, Ukrayna dəfələrlə Qərb ölkələrini ona münaqişənin bitməsindən sonra sülhməramlı qoşunlar şəklində Ukraynanın təhlükəsizliyini təmin etməyə çağırıb.
Surxay Əliyev