Serbiyada parlament binası qarşısında etirazçılarla polis arasında dava düşüb

“Tanjuq” agentliyi xəbər verir ki, Serbiya parlamentinin binası qarşısında toplaşan bir qrup etirazçı polisləri təhqir edərək onlara məşəllər atıb. Serbiyanın Daxili İşlər Nazirliyi bildirib ki, Belqradın mərkəzində bir neçə yerdə etirazçılarla polis arasında qarşıdurma yaçanıb.Aksiyaçılar öz vəzifələrini yerinə yetirmələrinə mane olmaq və daha böyük iğtişaşlar törətmək məqsədilə polislərə hücum ediblər. Məlumatda deyilir ki, Daxili İşlər Nazirliyi əməkdaşları ictimai asayişin və əmin-amanlığın qorunması, vətəndaşların müdafiəsi və təhlükəsizliyin təmin edilməsi məqsədilə öz səlahiyyətləri daxilində bütün tədbirləri görürlər.Polis əməkdaşlarına qarşı bütün hücum və təxribatların dərhal dayandırılması üçün polisin son xəbərdarlıq etdiyi, əks halda qanuna uyğun olaraq polisin öz əməkdaşlarını müdafiə etməyə məcbur olacağı vurğulanır.
Xatırladaq ki, bu gün Serbiyanın paytaxtında kütləvi etiraz aksiyası keçirilib. 2024-cü il noyabrın 1-də Novi Sad şəhərində dəmiryol vağzalında çardağın uçması nəticəsində 15 nəfərin ölməsindən bəri ölkədə tələbələrin və müxaliflərin dörd aydır ki, davamlı etirazları yaşanır.
Surxay Əliyev