İran Xarici İşlər Nazirliyi ABŞ-ın Yəmənə endirdiyi zərbələrlə bağlı bəyanat yaydı

Bu barədə “Mehr” xəbər agentliyi məlumat verib. “İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi ABŞ və Böyük Britaniyanın Yəmənin müxtəlif bölgələrinə hücumunu pisləyərək,bombardmanlar nəticəsində onlarla insanın, o cümlədən günahsız qadınların və uşaqların həlak olduğunu bildirib.Baqai vurğulayıb ki, Birləşmiş Ştatlar və Böyük Britaniyanın hərbi təcavüzü BMT Nizamnaməsinin və beynəlxalq hüququn fundamental prinsiplərinin, milli suverenlik və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır. O, həmçinin beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaradan bu cür pozuntuların qarşısını almaq üçün BMT və Təhlükəsizlik Şurasının məsuliyyətini xatırladıb. Sözçü bildirib ki, ABŞ və Böyük Britaniyanın Yəmənə qarşı birgə hərbi əməliyyatını onların Fələstin xalqının soyqırımına davamlı dəstəyinin oxşarı kimi də qəbul etmək olar. İsmail Bəqayi vurğulayıb ki, Qərbi Asiyada qeyri-sabitliyin əsas səbəbi Fələstində ABŞ, İngiltərə və Qərbin dəstəyi ilə həyata keçirilən misli görünməmiş təhdid,işğal və qırğınlardır”, - deyə “Mehr” agentliyi yazır. İran Xarici İşlər Nazirliyinin sözçüsü bütün hökumətləri, beynəlxalq təşkilatları və İslam təşkilatlarını “Fələstində müqəddəs Ramazan ayında aclıqdan ölümə tərk edilmiş fələstinliləriə qarşı soyqırım və etnik təmizləmə ilə mübarizədə öz hüquqi və mənəvi öhdəliklərini yerinə yetirməyə” çağırıb.
Surxay Əliyev