Tramp “Amerikanın Səsi”nin yayımını dayandırdı

Bu barədə Amerikanın Səsinin direktoru Maykl Abramoviç şənbə günü Facebook-da yazıb ki, o, 1300 nəfərlik "faktiki olaraq bütün heyət"lə birlikdə məzuniyyətə buraxılıb. CNN xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın “Amerikanın Səsi”nin Baş agentliyinin ləğvi barədə sərəncam imzalamasından bir gün sonra bildirilib. Dinləyicilər bildiriblər ki, yerli dillərdə yayımlanan Amerikanın Səsi radiostansiyaları xəbərlər yayımını dayandırıb və efir vaxtını doldurmaq üçün musiqiyə keçiblər. CNN-ə anonimlik şərti ilə danışan mənbənin sözlərinə görə, hətta “Amerikanın Səsi”nin ən yaxşı redaktorlarına belə işini dayandırmaq əmri verilib.Ona görə də işçilər bütün dünyada xəbərlərin yayımının dayandırılacağını gözləyirlər. Veteran media müxbiri "Amerikanın səsi” susdu" deyib. Amerikanın Səsi Azad Avropa Radiosu, Azad Asiya Radiosu və Yaxın Şərq yayım şəbəkələrini də idarə edən ABŞ Qlobal Media Agentliyinin (USAGM) bir hissəsidir. Bundan öncə ABŞ prezidenti Qlobal Media Agentliyi də daxil olmaqla 7 agentliyin fəaliyyətinə xitam verilməsi haqqında sərəncam imzalayıb.
Surxay Əliyev