Ukrayna "Uzun Neptun"la işğalçılara ilk sarsıdıcı zərbəsini endirdi

Bu barədə yazan “Forbes” qeyd edir ki, Ukraynanın artıq özünün istehsal etdiyi 1000 km mənzilli “Uzun Neptun” adlı yeni qanadlı raketi var və artıq onunla Rusiya işğalçılarına qarşı ilk sarsıdıçı zərbə endirilib.Bu haqda Ukrayna prezidenti Vladimir Zelenski şənbə günü deyib: "Əhəmiyyətli nəticələrimiz var". "Uzun Neptun" sınaqdan keçirildi və döyüşdə uğurla istifadə edildi. Yeni Ukrayna raketi - dəqiq zərbə. Menzil isə min kilometrdir”.
"Uzun Neptun" 2022-ci ilin aprelində Rusiyanın Qara Dəniz Donanmasının flaqmanı “Moskva” gəmisini batıran Ukraynanın 5 metr uzunluğunda Neptun gəmi əleyhinə qanadlı raketinin uzadılmış versiyasıdır. Zelenski bu yaxınlarda Ukraynanın 2025-ci ilə qədər 100.000 uzaqmənzilli sursat istehsal edəcəyinə söz verərkən, Ukrayna prezidenti Uzun Neptun, eləcə də Rusiyanın dərinliklərindəki hədəfləri vurmaq üçün 1000 mildən çox uça bilən çoxsaylı uzaqmənzilli partlayıcı dronları nəzərdə tuturdu.
Surxay Əliyev