Rusiya atəşkəs danışıqlarını pozmaq üçün Ukrayna hərbçiləri haqda nağıllar uydurur

Putin və onun rejimi 30 günlük atəşkəs danışıqlarını pozmaq üçün hər yola əl atırlar.Bununçün Kursk vilayətində Ukrayna qoşunlarını hərbi cinayətlərdə ittiham edən nağıllar uydurmaqdan belə çəkinmirlər.Bu barədə Müharibə Araşdırma İnstitutu (ISW) bildirir. Belə ki,Kreml,Ukrayna hərbçilərini gözdən salmaq, Qərbin Ukraynaya dəstəyini sarsıtmaq və atəşkəs üzrə danışıqları pozmaq üçün Ukrayna hərbçilərini Kursk bölgəsində hərbi cinayətlərdə ittiham edən rəvayətlərı daha geniş şəkildə tirajlayır.Təsadüfi deyil ki,martın 13-də ABŞ və Ukrayna arasında müvəqqəti atəşkəs təklifinə cavab olaraq Putin “Mülki əhaliyə qarşı bir çox cinayət törədən” Ukrayna qoşunlarının Kursk bölgəsini tərk etməsinə icazə verib-verməsi barədə sual verir. Kursk vilayətinin qubernatoru Aleksandr Xinşteyn də heç bir dəlil olmadan, Ukrayna qüvvələrini hərbi cinayətlərdə ittiham edib.Çox güman ki, məqsəd Ukrayna qüvvələrini “qəddar müharibə cinayətkarları” kimi qələmə verməklə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinə haqq qazandırmaq və 30 günlük atəşkəs danışıqlarını pozmaqdır. Beləliklə də Rusiyanın ultra-millətçiləri, Putin və Rusiya dövlət mediası Ukraynanı hərbi cinayətlərdə ittiham edərək Ukraynaya qarşı törətdikləri zorakılıq və işğalçılıq aktlarına haqq qazandırmaq istəyirlər”, - deyə analitiklər bildirib.
Surxay Əliyev