Putin onunla görüşməyə gələn Trampın elçisini 8 saat qapıda gözlətdi...

Bu barədə Sky News telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, Vitkoff Putinin Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqlarının bitməsini gözləməli olub. Trampın xüsusi nümayəndəsi Kreml rəhbəri ilə ancaq axşam saatlarında qaranlıq düşəndə görüşə bilib. Nəşr yazır: “Sonda o yəni Putin artıq hava qaraldıqda Vitkoffa vaxt ayıra bildi və hər şey bağlı qapılar arxasında baş verdi”. Sky News həmçinin Putinlə görüşmək üçün Steven Vitkoffu 6 saat gözlətməyi Rusiya tərəfinin “klassik güc nümayişi” kimi dəyərləndirib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp həmin ərəfədə Endryu hərbi bazasında jurnalistlərə açıqlamasında atəşkəslə bağlı Rusiyadan yaxşı siqnallar gəlir demişdi.
Surxay Əliyev