ABŞ İsraili ittiham edən Cənubi Afrika səfirini ölkədən qovdu

ABŞ dövlət katibi Marko Rubio cümə günü Cənubi Afrikanın Vaşinqtondakı səfiri İbrahim Rəsulun persona non-qrata elan edildiyini bildirib. Qərar iki ölkə arasındakı münasibətlərdə artan gərginliyi əks etdirir. Belə ki, X sosial şəbəkədə Rubio yazıb ki, Amerika tərəfi Rəsulu artıq ölkədə görmək istəmir.-Sitat- "İbrahim Rəsul Amerikaya və prezidentinə nifrət edən irqçi,bölücü siyasətçidir" –sitatın sonu.
Məlum olduğu kimi,fevralın əvvəlində ABŞ prezidenti Donald Tramp Cənubi Afrikaya maliyyə yardımının dayandırılması haqqında sərəncam imzalayıb. Səbəb isə Trampın ağdərili sahibkarların təsərrüfatlarının zəbt edilməsinə təhdid ola biləcək torpaq müsadirəsi haqında qanun olub. Amerika mətbuatının yazdığına görə, İbrahim Rəsul Donald Trampı “ağların üstünlüyü” ideologiyasına sadiq qalmaqda ittiham edib. Cənubi Afrika prezidenti Siril Ramafosa sosial media saytı X-də açıqlama verərək vəziyyəti dəyərləndirib. Sitat-“Biz irqi ayrı-seçkiliyin nəticələrinin aradan qaldırılması üçün dövlətin üzərinə məsuliyyət qoyan Konstitusiyanı rəhbər tuturuq”-sitatın sonu. Ramafosa həmçinin ABŞ-ı Cənubi Afrikadakı real vəziyyəti təhrif etməkdə ittiham edib. O, ölkəsinin qanunlarının və xarici siyasətinin ədalətsiz şəkildə xarakterizə olunması halıyla üzləşdiyini vurğulayıb
Səfirin qovulmasının digər səbəbi isə Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində İsraili Qəzzada fələstinlilərə qarşı “soyqırım”da ittiham edərək ona qarşı iddia qaldırmasıyla bağlıdır.Hansı ki,bundan sonra Vaşinqtonla Pretoriya arasında siyasi gərginlik artmağa başlayıb.
Surxay Əliyev