Rusiya işğalı genişləndirir, Tramp isə Rusiyadan yaxşı siqnallar aldığını deyir

Tramp davamlı olaraq qeyd edir ki,mən Rusiyadan ümidverici siqnallar alıram.Öz növbəsində Putin isə Trampın təklif etdiyi atəşkəs sazişinə “nə hə nə də yox” deməklə vaxt qazanır.Və bu müddətdə heç də boş dayanmır.Bütün istiqamətlərdə Ukraynanın mümükün qədər daha çoz ərazisini işğal etmək üçün qüvvələr toplayır.Belə ki, UNİAN-ın müxbirinin verdiyi məlumata görə Ukrayna prezidenti Vladimir Zelenski bu gün keçirdiyi brifinqdə deyib ki,Rusiya Kursk vilayətindən Ukrayna ərazisinə daxil olaraq Ukrayna hərbi qüvvələrini mühasirəyə almaq üçün qüvvələr toplayır.Bununla belə Zelenski qeyd edib ki, Kursk vilayətində ukraynalı hərbçilərlin mühasirəyə düşməsi haqda deyilənlər Putinin uydurduğu yalandır. "Kursk vilayəti ərazisində Ukrayna hərbçilərinin heç bir mühasirəsi yoxdur", - deyə Zelenski vurğulayıb. Eyni zamanda, dövlət başçısı bu barədə Rusiya tərəfdən gələn siqnallara da cavab verib. Rusiya Ukrayna hərbçilərini məhz Ukrayna ərazisində mühasirəyə almaq istəyir”, - deyə Zelenski bildirib. Və əlavə edib ki, bundan Ukrayna komandanlığı və rəhbərlik məlumatlıdır. Biz onların bunu harada və necə həyata keçirmək istədiklərini də aydın şəkildə başa düşürük. Və burada yeni heç nə yoxdur", - deyə Zelenski bildirib. Prezident onu da qeyd edib ki, mən heç bir tərəfdaş və ya həmkarım ilə mübahisəyə girmək istəmirəm. "Onların kəşfiyyatı var, peykləri var. Baxsınlar,görsünlər ki, rus qoşunları bu gün harda cəmləşiblər və hara göndəriliblər. Bu, çox vacib məqamdır. Onda bunun səbəbi bəlli olacaq. Yəni, belə addımlarla sülhdən söhbət gedə bilməz", - deyə Zelenski yekunlaşdırıb
Surxay Əliyev