ABŞ-ın Rusiya ilə birgə Ukraynanın ərazi bütövlüyünə qarşı qətnamə qəbul etməsi təəccüblüdür

Almaniyanın keçmiş kansleri Angela Merkel Berliner Zeitung qəzetinə eksklüziv müsahibəsində Rusiya prezidenti Vladimir Putin haqqında danışıb. “Putin hazırda əlində olan vasitələrlə Avropa İttifaqını zəiflətməyə çalışır. Onun Baltikyanı ölkələrə, Almaniya və Polşaya hücum edib-etməyəcəyi haqda sualı cavablandıran Merkel deyib ki, “Rusiyanın hərbi doktrinasının bir hissəsi digər ölkələri zəiflətməkdir”. Bununla belə, Merkel Rusiyanın maraqlarını nəzərə almaq lazım olduğunu vurğulayıb. “Onun başqa ölkəyə hücum etmək üçün heç bir əsası yoxdur. Lakin Rusiyanın maraqlarını müzakirə etmək mütləq lazımdır”, - deyə Almaniyanın keçmiş kansleri bildirib. Merkel hesab edir ki,Putin üçün mühüm güclər Almaniya və ya Aİ deyil, əsl böyük dövlət olan Amerika Birləşmiş Ştatlarıdır. Keçmiş kansler onu da qeyd edib ki, Trampın Putinin tərəfində olub-olmayacağını hələlik dəqiq söyləmək mümkün deyil. "Ancaq Birləşmiş Ştatların Rusiya ilə birlikdə BMT Baş Assambleyasının Oval kabinet iclasına bir neçə gün qalmış Ukraynanın ərazi bütövlüyünə qarşı qətnamə qəbul etməsi olduqca təəccüblü və diqqətəlayiqdir", - deyə Almaniyanın keçmiş kansleri vurğulayıb.
Surxay Əliyev