Ukrayna silah arsenalını genişləndirir - Yeni Neptun raketi uğurla sınaqdan keçirildi

Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın yeni "Uzun Neptun" raketinin sınaqdan keçirildiyini və döyüşlərdə uğurla istifadə edildiyini bildirib. "Bu gün raket proqramımızla bağlı hesabatlar var idi. Əhəmiyyətli nəticələr əldə edilib. " Yeni Ukrayna raketi, dəqiq zərbə. Məsafə - min kilometr. Ukraynalı tərtibatçılarımıza, istehsalçılarımıza və hərbçilərimizə təşəkkür edirik. Biz Ukraynanın təhlükəsizliyini təmin etmək üçün işimizi davam etdiririk", - deyə Zelenski qeyd edib. Daha əvvəl Müdafiə Nazirliyi bəyan etmişdi ki, Ukrayna Neptun kompleksi üçün R-360 qanadlı raketlərinin seriyalı istehsalını bərpa edib və genişləndirib. Qeyd edilib ki, modifikasiya edilmiş raketlər hazırda daha böyük məsafələrdə hədəfləri vurmaq iqtidarındadır. 2024-cü ilin sonlarında Zelenski Ukraynanın raket proqramı haqqında danışarkən “Uzun Neptunları” xatırladıb: "Bizim raket proqramımıza gəlincə. Çoxları artıq rusların yadına düşüb.İlk növbədə də Ukraynanın "Neptun"larını. Amma biz "Uzun Neptunlar"ı da istehsal etdik. Adın özü vəzifələrin dən xəbər verir. Artıq qarşı tərəfdə ilk məğlubiyyətlər də var"-deyə Ukrayna prezidenti vurğulayıb.
Surxay Əliyev